|
Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsələhət bilib.
İcra başçısı qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısına şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb.
Sayt həmçinin yazır ki, Z.Fərəcov məktəb və bağçaları gözlənilmədən təfiş edir. İndi təhsil müəssisələri hər an əvvəlcədən xəbər vermədən gələn icra başçısını gözləyirlər.
Z.Fərəcovun daha bir göstərişi isə 11-ci sinif şagirdləri ilə bağlıdır. Belə ki, əvvəllər 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşamaq üçün əksər vaxtlarda məktəbə gəlmir və buna görə direktorlara müəyyən məbləğdə pul ödəyirdilər.
İcra başçısının göstərişi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəblərdə 11-cilərin dərsə davamiyyəti hər gün yoxlanılır, dərsə gəlməyənlərə zəng edilərək çağrılır.
(modern.az)