|
Xəzər Teyyublu: “İnkişaf, tərəqqi nitq söyləməklə yox , zəhmət tələb edir və əziyyətlə əldə edilir .”
Manatın ikinci devalivasiyasından sonra ölkədə yaranmış bahalaşma, dövlət büdcəsində ciddi kəsirlərin yaranması və iş yerlərində kütləvi ixtisarların olması sosial gərginliyin artmasına səbəb olub. Əhalinin böyük əksəriyyəti hakimiyyətdən ciddi islahatlar həyata keçirməsini səbirsizliklə gözləyir.
Müxalifətin vəziyyətdən çıxmaqla bağlı hakimiyyətə təkliflər paketi təqdim etsə, iqtidar həmin təklifləri müzakirə edərmi? Sualına YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə münasibət bildirərək deyib ki: "Əgər müxalifət ölkənin qarşısında duran problemlərlə bağlı, günün tələbinə cavab verən və hər hansı məsələnin həllinə yönələn təkliflər verərsə, problem olmadan həmin təkliflər qəbul da edilə bilər. Azərbaycan hakimiyyəti cəmiyyətin bütün təbəqələri ilə istənilən məsələlərin müzakirəsinə hər zaman hazırdır”.
Aydın Mirzəzadənin fikirlərinə cavab olaraq Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu Teleqraf.az vasitəsi ilə münasibət bildirirb:
"YAP-çı deputat Aydın Mirzəzadə iqtisadi böhranla baglı ictimaiyyətdən və siyasi partiyalardan təklif gözləyirik deyir. Təklif ; İşsizliyi aradan qaldırmaq üçün və neft gəlirlərindən asılılıga son qoymaq üçün Bakı şəhər Nərimanov rayonunda fəaliyyəti dayandırılan aşagıda qeyd edilən sənaye müəssisələrini bərpa edin .
Bakıelektroterm zavodu, Bakı kondinsionerləri zavodu, Bakmil, Bıtmaş, Elektrosentrolit zavodu, Şinzavod, Elektromaş, Poladtökmə zavodu , Elektron cihazqayırma, bir necə kombinat , ( ümumiyyətlə sökülüb dagıdılan müəssisələr məsələn. Səttərxan zavodu , gəmi təmiri zavodları və s. ) Buyurun sizlər bu müəssisələrin fəaliyyətini dayandırdıgınız kimi çalışın bərpa edin . Vaxtı ilə bu istehsal müəssisələri büdcəyə valyuta gətirirdi. İqtidar olaraq hələ də tam məhv edilməmiş bu zavod və fabriklər haqda düşünün və bacarırsınızsa qərarlar qəbul edin. Bu zavodlar xalqın mülkiyyətidir və istehsal gücünə maıik müəssisələrdir. İnkişaf, tərəqqi nitq söyləməklə yox , zəhmət tələb edir və əziyyətlə əldə edilir .”