Qarabağ Azadlıq Təşkilatının üzvləri Ağdam rayonunun işğal günü ilə bağlı Bakıda Şəhidlər Xiyabanını ziyarət etdilər, bütün Qarabağ döyüşçülərinin məzarları, “Əbədi Məşəl” abidəsi, Türk Şəhidliyi, general Həzi Aslanovun abidəsi ziyarət olundu, ruhlarına dualar oxundu, güllər qoyuldu. QAT sədri Akif Nağı ziyarətin sonunda bildirdi: “Hadisələrin gedişi göstərir ki, torpaqlarımızı yalnız hərbi yolla azad edə bilərik. Ağdamın işğalı cəbhədə böyük uğursuzluqlarımızın başlanğıcını qoydu. Uğurlarımız da Ağdamın işğaldan azad olunması ilə başlayacaq, Şuşanın, Xankəndinin azad olunması ilə yekunlaşacaq.”

Ardını oxu...

Nəqliyyat Nazirliyinə tabe olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib müəmmalı şəkildə intihar edib. Olay  Şirvan şəhəri, Natəvan küçəsi 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Rəmzi Elxan oğlu Kərimovun meyiti həyətindəki üzüm çardağından asılmış vəziyyətdə aşkarlanıb. 

Ardını oxu...

Sirr deyil ki, sovetlər dönəmində ölkədə istehsal edilən əksər mallar o qədər də keyfiyyətli olmurdu. Ancaq bu, daxili istehlak üçün belə idi. İxrac edilən mallar isə əksinə, çox keyfiyyətli olurdu.

Ardını oxu...

I Avropa Oyunları başlamamışdan öncə “Atletlər kəndi”ndə baş vermiş xoşagəlməz olayın - avtobusun 3 atletin üzərindən keçməsi mətbuatın gündəmindən düşmür. İstintaqın ilkin nəticələri haqda məlumatların olmaması olay haqda ən müxtəlif versiyaların yayılmasına gətirib çıxarır. 

Ardını oxu...

Xəbər lenti