|
Ukrayna ordusu Severodonetsk yaxınlığındakı Metelkino yaşayış məntəqəsinə nəzarəti itirib.
xəbər Teleqraf.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Severodonetsk və Lisiçanskın ətrafındakı kəndlərdə döyüşlər gedir. Təəssüf ki, Metelkinoya nəzarəti itirdik”, - Qayday bildirib.
Ermənistan mətbuatında ölkənin müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərinə səfər etməsi barədə informasiya yayılıb.
Sözügedən səfərin noyabrın 6-da baş tutduğu iddia olunur. Onun Qarabağda “döyüş mövqelərini” ziyarət etdiyi, “mövqelərin gücləndirilməsi” ilə tanış olduğu bildirilir.
Erməni nazirin Qarabağa getməsinə dair görüntülər mətbuatda əksini tapmayıb. Bu informasiyanın erməni təbliğat maşınının növbəti istehsalı olması da istisna deyil.
Lakin informasiya doğrudursa, o zaman növbəti dəfə suallar yaranır: Ermənistan rəsmisinin, üstəlik müdafiə nazirinin Azərbaycan torpaqlarına sərbəst şəkildə gəlməsinə kim icazə verib? Sülhməramlıların nəzarətində olan əraziyə necə olur ki, Ermənistan rəsmisi gedə bilir?
Sülhməramlıların əsas vəzifəsi Qarabağda sülhün qorunması olmaqla bərabər, eyni zamanda sülhə əngəl yarada biləcək təxribatların qarşısının alınmasıdır. Ordusu döyüş meydanından rüsvayçı şəkildə qaçan dövlətin MN rəhbərinin Qarabağa gəlməsi yolverilməzdir. Rusiya sülhməramlıları elə Laçın dəhlizinin girişindəcə həmin şəxsi saxlayıb, gəldiyi yerə yollamalıydı. Erməni nazirə birbaşa şəkildə izah olunmalı idi ki, onun Azərbaycan torpaqlarına daxil olması mümkünsüzdür.
O zaman həmin nazir də hazırda rəhbəri olduğu “ordu”nun bir il öncəki taktikasından istifadə edərək düz İrəvana kimi arxasına baxmadan gedərdi. Sülhməramlılar buna göz yumubsa, o zaman bu erməni təxribatında elə onların özləri qədər günahkardırlar.
Əgər Rusiya sülhməramlıları sadə dillə bu həqiqəti izah edə bilmirsə və ya etmək istəmirsə, erməni nazir və onunkimilər reallığa qarşı birbaşa təxribatla məşğul olurlarsa, Azərbaycan dövlətinin və ordusunun qüdrətini onlara xatırlatmasına çox vaxt tələb olunmur. Çox yox, cəmi bir il öncə iti qovan kimi qovulduqlarını unudublarsa, həmin iti yenidən rədd edəcək “dəmir yumruq” yerindədir!
Son illərdə Azərbaycan universitetlərində təhsil alan güney azərbaycanlı tələbələrin bir çoxunun təhsillərini yarımçıq qoyaraq geri döndüklərini üzüntü ilə izləyirik. Bu problemin əsas səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyər itirməsidir.
Ermənistanın cənub-qərb hissəsində yerləşən hərbi hissələrindən birində bir hərbçi ölüb.
Oktyabrın 27-də Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, oktyabrın 26-sı axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində Azərbaycan mövqelərinə yaxınlaşıb təxribat törətməyə cəhd göstəriblər: “Düşmənin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib”.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Sabah 25-ci ilini arxada qoyur müstəqilliyimizin. Bəzən müstəqillik tariximizdən bəhs edərkən nədənsə 30 avqust tarixini görməzdən gəlirik. Məhz avqust ayının sonları idi ki, QKÇP əngəlindən keçən Sovetlər Birliyinin ayrı ayrı respublikalarında müstəqilliyin bərpası ilə bağlı İstiqlaliyyət bəyannamələri qəbul olundu. O dönəm üçün keçmiş "ittifaqın" demokratik mübarizəsində öz dəst xəttilə seçilən ölkəmizdə həmin bəyannamə oktyabrın 18-də qəbul edilən 32 maddəlik Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə daha da möhkəmləndi. Tarixin dəyərləndirməsi üçün qeyd etmək yerinə düşər ki, 25 illik müstəqilliyimizin əsas hüquqi sənədi olan bu aktın lehinə səs verib tarix yazanların sırasında bu gün də aramızda olub, hətta yüksək dövlət vəzifələrini tutan dönəmin millət vəkilləri də bulunmaqdadır. 25 il ötsə də, nəsillər dəyişsə də nə o siyahı dəyişmiş, nə də yaddaşlar..
Cari ilin doqquz ayında Bakıda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 9137 cinayət hadisəsi qeydə alınıb.
İŞİD-ə qarşı keçirilən “Fərat qalxanı” əməliyyatı zamanı terror qruplaşmasına aid 80 hədəf vurulub.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.