|
Türkiyənin Daxili İşlər Nazirliyi keçən ay 81 vilayətə bombalı hücum haqda xəbərdarlıq məktubu göndərmişdi.
Avropa.info xəbər verir ki, həmin xəbərdarlıq məktubunda İŞİD üzvü olan 3 qadının adı verilmiş və bu qadınların bombalı hücum həyata keçirəcəkləri bildirilmişdi.
Suruç rayonunda dünən 30 nəfərin ölümünə səbəb olan partlayışı həyata keçirən şəxsin kimliyi hələ dəqiq bilinməsə də şahidlər onun qadın olduğunu irəli sürüb.
Məktubda bir ay əvvəl İŞİD üzvü olan 3 qadının partlayış həyata keçirmək üçün Türkiyəyə keçdiyi bildirilirdi.
Nazirliyin məktubunda Fadimə Kurt, Özləm Yılmaz və Nuray Dəmirəlin Türkiyə ərazisində partlayış törətmək istədikləri bildirilir.