Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin (ANAMA) sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rou ilə görüş keçirib.

APA-ya ANAMA-dan verilən xəbərə görə, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılmasında beynəlxalq qurumlar tərəfindən göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici donor yardımlarının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

Edvard Rou işğaldan azad edilmiş ərazilərdəki dağıntıların təəssüf hissi yaratdığını, lakin həmin ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirib. O, görülən işlərdə humanitar minatəmizləmə fəaliyyətinin böyük əhəmiyyətini, eləcə də Azərbaycanın mina təhlükəsi ilə mübarizə istəqamətində icra etdiyi fəaliyyətə Stirlinq Fondu tərəfindən növbəti maliyyə dəstəyi göstərilməsi niyyətini xüsusi qeyd edib.

 
 

 






Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

 


 


Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, faktla bağlı Ordubad rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.




 




APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 93,5 min nəfər əhalisi olan Behşəhr şəhərindən 26 km şimal-şərqdə yerləşib.

Həlak olanlar və dağıntılar barədə məlumat daxil olmayıb.



“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 19 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya (bundan sonra - İctimai Şura) seçkilər keçirilib.
 
Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib:
 
1.      Əliyev Fuad Ağasi oğlu - “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi
2.      Gözəlova Günel Salam qızı - “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
3.      İskəndərli Ramil Əvəz oğlu - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
4.      Mehtiyeva Rahilə İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
5.      Şükürov Adil Arif oğlu - “Miqrasiya Könüllüsü” İctimai Birliyi
6.      Vəliyev Asim Nazim oğlu - “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
 
İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 3 yer üçün müvafiq qanunvericiliyə uyğun olaraq, 21 iyul 2023-cü il tarixdə saat 10:00-dan 16:00-dək  Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcək:
 
1.      Abbasova Nigar Emin qızı
2.      Bağırov Ağamirzə Əhməd oğlu - “Gənc Hüquqşünaslar” İctimai Birliyi;
3.      Fərzəliyev Əli Vələhəd oğlu - “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
4.      Hüseynova Məhsəti Əli qızı - “Gənclərin Töhfəsi” İctimai Birliyi
5.      İsmayılov Nadir Nəbi oğlu - “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi
6.      Kətanov Məmməd Teymur oğlu - “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”
7.      Muradov Mahir Tahir oğlu
8.      Sadiqli Vüqar Anar oğlu
9.      Şəkiyev Tariyel Zal oğlu
 
Xatırladaq ki, təkrar seçkidə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslər artıq qeydiyyatdan keçmiş seçicilər tərəfindən seçiləcək.

Versus.Az

 
 


 

 






Tanınmış siyasətçi, “Siyasi Hüquqların Müdafiə Mərkəzi” nin sədri Xəzər Teyyublunun avtomobilinə müdaxilə olub.

Sozcu.az xəbər verir ki. bu barədə Xəzər Teyyublu özü məlumat verib.

Xəzər Teyyublunun verdiyi məlumata görə, bu gecə ona məxsus avtomobilə müdaxilə olunaraq, avtomobilin şüşələrini çıxarmağa çalılmış və avtomobilə zərər vurumuşlar.

Xəzər Teyyublu bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

https://www.youtube.com/shorts/_hODnlg4V8w

 





Bu ilin əvvəlindən Afrikanın beş ölkəsində 70-ə yaxın insan meymunçiçəyi xəstəliyindən vəfat edib və virusun yayıldığı qeyri-endemik ştatlarda ölüm halı qeydə alınmayıb.

APA “RİA Novosti“yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının çiçək xəstəliyi katibliyinin rəhbəri Rozamund Luis deyib.

O bildirib ki, may ayından başlayan və bir çox ölkədə yayılan epidemiya nəticəsində ölümlə bağlı isə heç bir məlumat yoxdur.

"Bununla belə, ÜST 50 ildir ki, Afrika ölkələrində meymunçiçəyi adlı xəstəliyi izləyir və ölüm halları hər il baş verir" - deyə o qeyd edib.

 





Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında, Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirir.

"Report" xəbər verir ki, bu gün, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.

İmtahanda 27 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanda 19 418 şagirdin iştirakı nəzərdə tutulur. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 98 imtahan binası, 1 495 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 250 imtahan rəhbəri, 1 869 nəzarətçi–müəllim, 180 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 98 bina nümayəndəsi ayrılıb.

               






Moskvada Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, vida mərasimi Mərkəzi Kino Evinin Böyük zalında keçirilir.

Vida mərasimində Azərbaycan və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun nəşi dəfn olunmaq üçün vətənə martın 15-də aparılacaq. Xalq yazıçısının Bakıda dəfn olunacağı bildirilir.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin görülməsi (1), eləcə də şəhərdəki mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Uni Construction” və “Terrastruc” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,074 milyon manat və 0,299 milyon manat, ümumilikdə isə 2,373 milyon manat ödəniləcək.

Xəbər lenti