May ayının 28-də Bakının Sabunçu rayonu, Bülbülə qəsəbəsi bələdiyyəsinin sədri və əməkdaşı döyülüb. Sabunçu rayon Polis İdarəsi 31-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Bülbülə qəsəbə Bələdiyyəsinin sədri, 1960-cı il təvəllüdlü Natiq Müseyib oğlu Həsənovu və bələdiyyədə mühəndis işləyən 1984-cü il təvəllüdlü Samir Valeh oğlu Əliyevi döyülmələrilə bağlı şikayət ediblər. Onlar bildiriblər ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov tərəfindən döyülüblər.

Ardını oxu...


Bu gecədən etibarən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərinin pozulmasına rəsmən qadağa qoyulur. Mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar. 

Ardını oxu...

Türkiyənin baş naziri Əhməd Davudoğlu separatçı kürdlərin siyasi lideri Səlahəddin Demirtaşı ermənilərə dəstək verməkdə ittiham edib. ANS PRESS-in məlumatına görə, ötən axşam İzmirdə səfərdə olan baş nazir burda “Show Tv”də iştirak etdiyi proqramda aparıcının bu istiqamətdə verdiyi sualları cavablayıb. 

Ardını oxu...

Türkiyədə təhsil alan bir qrup güneyli və quzeyli gənclər Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türkiyədə yerli ocağını yaratmaq üçün müraciət etmişdilər. Türkiyədə işgüzar səfərdə olan BAO başqanı Zahir Əlisoyun və İdarə Heyəti üzvüRizvan Hüseynovun da iştirakı ilə Bütöv Azərbaycan Ocaqlarının Türkiyə təmsilçiliyi təsis edilib. Azərbaycanın Güneyindən, Ərdəbil ostanından olan Məmməd Əzizi Müğanlı BAO başqanı Zahir Əlisoyun təqdimatı ilə BAO-nun Türkiyə təmsilçiliyinin başqanı seçildi.

Ardını oxu...

Xəbər lenti