Qarabağ Azadlıq Təşkilatının üzvləri Ağdam rayonunun işğal günü ilə bağlı Bakıda Şəhidlər Xiyabanını ziyarət etdilər, bütün Qarabağ döyüşçülərinin məzarları, “Əbədi Məşəl” abidəsi, Türk Şəhidliyi, general Həzi Aslanovun abidəsi ziyarət olundu, ruhlarına dualar oxundu, güllər qoyuldu. QAT sədri Akif Nağı ziyarətin sonunda bildirdi: “Hadisələrin gedişi göstərir ki, torpaqlarımızı yalnız hərbi yolla azad edə bilərik. Ağdamın işğalı cəbhədə böyük uğursuzluqlarımızın başlanğıcını qoydu. Uğurlarımız da Ağdamın işğaldan azad olunması ilə başlayacaq, Şuşanın, Xankəndinin azad olunması ilə yekunlaşacaq.”

Ziyarətdən sonra bir qrup QAT üzvü Şəhidlər Xiyabanından Bakı Şəhər İcra hakimiyyətinə qədər yürüş etdi. Yürüşdə məqsəd Şəhidlər Xiyabanındakı bir sıra problemləri şəhər hakimiyyətinin diqqətinə çatdırmaq idi. Bakı şəhər İcra hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev, sonra isə icra başçısı Hacıbala Abutalıbov QAT üzvülərindən Akif Nağı, Nəsib Cəfərov, Qələndər İsmayılov, Solmaz Alıyeva, Mahirə Muradova, Məmmədəli Quliyev, Nazim Tapdıqoğlunun daxil olduğu nümayəndə heyətini qəbul ediblər. QAT nümayəndələri Şəhidlər Xiyabanındakı aşağıdakı problemləri diqqətə çatdırdı:

1.      Qarabağ müharibəsi şəhidlərinin məzarlarının ağaclar arxasında gizlədilməsi, onların görünməməsi.

2.      Bəzi şəhid məzarlarının pis vəziyyətdə olması, baş daşlarının əyilməsi, yazıların oxunmaz hala düşməsi, sinə daşlarının çatlaması.

3.      Məzarların ətrafında abadlıq işlərinin aparılmasına ehtiyac olması.

4.      Şəhidlər Xiyabanına gedən avtobus marşrutlarının olmaması.

5.      Şəhərdə Qarabağla bağlı lövhələrin, plakatların, videoçarxların olmaması.

Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyilən problemlərin böyük əksəriyyəti ilə bağlı dərhal tapşırıqlarını verdi, tapşırıqların içrası üçün avqustun 15- nə qədər vaxt müəyyənləşdirdi. Yalnız bir məsələ açıq qaldı. Şəhid məzarlarının qarşısını kəsən ağacların götürülməsi ilə bağlı razılıq əldə olunmadı. Hacıbala Abutalıbov bu məsələləri qaldırdıqlarına görə QAT üzvlərinə təşəkkür etdi, ağaclarla bağlı məsələnin çətin məsələ olduğunu, amma bu barədə də düşünəcəyini bildirdi.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti