BAKI, 6 avqust. TELEQRAF

Küləkli havada dənizə girmək təhlükəlidir.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində qeyd olunub.

Nazirlik gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, belə havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.