BAKI, 5 avqust. TELEQRAF
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.