BAKI, 24 iyul. TELEQRAF

İyulun 25-26-da bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.