BAKI, 6 iyul. TELEQRAF

Ssaat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-di