BAKI, 16 iyun. TELEQRAF

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 30, Şabranda 28, Kişçayda (Şəki) 22, Oğuzda 15, Quba, Sarıbaşda (Qax) 14, Xızı, Gədəbəydə 10, Şamaxıda 7, Qobustanda 6, Göyçay, Lerik, Xaltan, Şahbuzda 5, Qəbələdə 4, Astara, Zaqatalada 3, Şahdağda 2, Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.