BAKI, 4 iyun. TELEQRAF
2026-cı ilin birinci rübü ərzində dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kiber təhdidlərin qarşısı operativ şəkildə alınıb, zərərli trafik filtrasiya edilib, fişinq resursları və saxta domenlər zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov məlumat verib.
O, qarşıya çıxan risklərin miqyasının böyüdüyünü diqqətə çatdırıb:
"Bu faktlar bir daha təsdiq edir ki, mövcud risklər artıq növbəti xarakter daşımır, onlar realdır, dinamikdir və davamlı diqqət tələb edir. Xidmətimizin fəaliyyəti bu istiqamətdə konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur".