BAKI, 9 mart. TELEQRAF
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya taxılının növbəti partiyası Ermənistana yola salınıb.
Teleqraf xəbər verir ki, 488 ton taxılla yüklənmiş 7 vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə yola düşüb.
Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycandan tranzit keçməklə Ermənistana 560 ton Rusiya taxılını daşıyan 8 vaqondan ibarət yük qatarı göndərilib.