BAKI, 6 mart. TELEQRAF

Bakıdan gələn sərnişin təyyarəsi Iğdır hava limanında gül-çiçəklə qarşılanıb.

Teleqraf xəbər verir ki, 71 sərnişin pasport yoxlamasından keçdikdən sonra avtobuslarla Naxçıvana gedib.

Qeyd edək ki, İranın Naxçıvana dronla hücumundan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub.

Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub.