BAKI, 21 yanvar. TELEQRAF

Bakıda “BakuBus”a məxsus sərnişin avtobusu səhər saatlarında çuxura düşüb.

Teleqraf-ın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Belə ki, əlverişsiz hava şəraiti nəticəsində yolda dərin çuxur əmələ gəlib. Nəticədə avtobusun arxa təkəri dərin çuxura düşərək hərəkətsiz qalıb.

Üzərindən bir neçə saat keçməsinə baxmayaraq, avtobus həmin ərazidə olduğu kimi qalıb.