BAKI, 29 dekabr. TELEQRAF
Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorogiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.