BAKI, 16 noyabr. TELEQRAF

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, noyabrın 17-də bəzi yerlərdə dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir