BAKI, 12 noyabr. TELEQRAF

Bakının Xətai rayonu, Gəncə prospektində parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

***

10:43

Əhmədli qəsəbəsində sürüşmə olub.

Bu barədə Teleqraf-a Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O qeyd edib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.

"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək", - o əlavə edib.