BAKI, 13 oktyabr. TELEQRAF
13–17 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində təhlükəsizlik qaydalarına uyğun şəkildə məhv ediləcək.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik partlayış səsi ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.