BAKI, 18 sentyabr. TELEQRAF
"Ümumilikdə 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilib".
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 40 rayon və şəhərdə 1726 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul olunub. Həmin qərarlara əsasən ümumi çəkisi 43 kq 058,379 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 279 ədəd çətənə bitkisinin məhv edilib.