BAKI, 10 avqust. TELEQRAF

Vaşinqton Universitetinin tibb məktəbinin həkimləri 60 yaşlı kişidə kəskin psixozun inkişafına səbəb olan natrium bromid zəhərlənməsi barədə açıqlama yayıblar.

Teleqraf xəbər verir ki, Bu barədə “Gizmodo” yazır.

Mütəxəssislərin fikrincə, xəstə üç ay ərzində ChatGPT-nin tövsiyələrindən istifadə edərək müstəqil şəkildə yaratdığı pəhrizə əməl edib. Qidalanma üzrə əsas təhsili olan kişi natrium xloridi pəhrizindən çıxarmaq qərarına gəlib və məsləhət üçün süni intellektə müraciət edib.

Neyron şəbəkəsi natrium bromid də daxil olmaqla bir neçə variant təklif edib və sözügüdən maddənin yeməyin toksik zəhərlənməyə səbəb olacağını bildirməyib.

Tezliklə xəstədə paranoyya, hallüsinasiyalar ortaya çıxıb, orientasiya pozulub, sonra isə psixotik epizod yaranı. Kişi xəstəxanaya yerləşdirilib, antipsikotik terapiya kursu keçib və üç həftə sonra evə buraxılıb.

İki həftə sonra aparılan təkrar müayinədə həkimlər onun vəziyyətinin stabil olduğunu təsdiqləyiblər.

Həkimlər qeyd ediblər ki, AI-nin tövsiyələri ümumi xarakter daşıyır və tibbi kontekstə uyğunlaşdırılmayıb və bu, insan sağlamlığı üçün təhlükə yaradır.