BAKI, 8 avqust. TELEQRAF

Türkiyənin Çanaqqala şəhərinin Sarıcaeli kəndi yaxınlığında baş verən meşə yanğını güclü külək nəticəsində geniş əraziyə yayılıb.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində Mehmet Akif Ersoy adına Dövlət Xəstəxanasında olan 14 xəstə digər tibb müəssisələrinə köçürülüb. Eyni zamanda bölgədə yerləşən yaşlılar üçün sosial xidmət müəssisəsi də təxliyə edilib.

Yanğının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 240 su daşıyan maşın, 328 texnika və 2 659 nəfərlik heyət cəlb olunub.

Görülən genişmiqyaslı tədbirlər nəticəsində yanğın nəzarət altına alınıb. Lakin bölgədə hava şəraitinin isti və küləkli olması səbəbilə risk hələ də davam edir.