BAKI, 8 avqust. TELEQRAF

"2 il əvvəl rejissor Arzu Urşan mənə bu filmi çəkməyi təklif edəndə belə bir yol keçəcəyimizi təsəvvür etmirdim".

Teleqraf xəbər verir ki, bunu Everest zirvəsinə qalxmış alpinist Elmira Aslanova ona həsr edilmiş “Arzunun ardınca” sənədli filminin təqdimat mərasimində deyib.

O bildirib ki, film hər bir insanın heç bir imkanı olmasa belə ən böyük arzusuna çata biləcəyini göstərir.

"Filmdə bu duyğunu hiss edə biləcəyiniz kadrlar çoxdur", - o əlavə edib.

Filmin rejissoru Arzu Urşan "Everest" zirvəsinə qalxmış alpinist Elmira Aslanovaya həsr etdiyi “Arzunun ardınca” sənədli filminin Milan Film Festivalına göndərildiyini vurğulayıb.

"İlk 100 film arasında 90-lığa girib. İnanırıq ki, film orada da nümayiş olunacaq", - A. Urşan əlavə edib.