BAKI, 3 avqust. TELEQRAF
Avqustun 3-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.