ŞƏMKİR, 23 iyul. TELEQRAF
Şəmkir rayonunun Könüllü kəndində 15 yaşlı qızın meyiti tapılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2010-cu il təvəllüdlü Gülşən Məmmədzadənin yaşadığı evin həyətində cansız bədəni tapılıb. İlkin məlumata görə, onun boğazı həyyətlərindəki yelləncəyin kəndirinə ilişib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.