​BAKI, 13 iyul. TELEQRAF

İyulun 14-də Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

"Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", - məlumatda deyilir.