GƏDƏBƏY, 11 iyul. TELEQRAF
Gədəbəy rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gödəkdərə kənd sakini 1998-ci il təvəllüdlü Aytac Şabanova dəm qazından zəhərlənmə diaqnozu ilə ilk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Qadına tibbi yardım göstərilib vəziyyəti kafidir.