BAKI, 18 iyun. TELEQRAF

Bu ilin oktyabr ayında 93 ölkənin hakimlərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası paytaxtımızda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu mühüm tədbirin Azərbaycanda keçirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlara beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.