BAKI, 17 iyun. TELEQRAF

Rusiyanın Tehrandakı səfirliyinin ailə üzvləri təxliyə olunub.

Teleqraf-ın bölgə müxbirinin verdiyi məlumata görə, 10 nəfərdən ibarət heyət Astara dövlət sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olaraq təxliyə olunub.

Gün ərzində isə 30-a yaxın Çin vətəndaşı eyni marşrutla təxliyə olunaraq yola salınıb. Ümumilikdə son 5 gün ərzində təxliyə edilən xarici ölkə vətəndaşlarının sayı 700-ə yaxınlaşıb.