ŞİRVAN, 17 iyun. TELEQRAF

Şirvanda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Teleqraf-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülbala Şıxbalaoğlu küçəsində qeydə alınıb.

Hazırda həmin ərazidə yaşayış binası yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.