BAKI, 3 iyun. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Sahil İbrahimov dəfn olunub.

Teleqraf xəbər verir ki, onun nəşi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

***

11:48

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Sahil Nurəddin oğlu İbrahimovun nəşi dəfn edilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığına gətirilib.

Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Azərbaycan ordusunun hərbçiləri, rəsmi şəxslər iştirak edirlər.

Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonu, Mehmanə kəndində itkin düşüb.

***

11:15

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Sahil Nurəddin oğlu İbrahimovla vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, onun nəşi vaxtilə yaşadığı Bakının Əmircan qəsəbəsinə gətirilib.

Vida mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, Azərbaycan ordusunun hərbçiləri iştirak edirlər.

Mərasimdən sonra onun nəşi torpağa tapşırılmaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığına yola salınacaq.

Xatırladaq ki, Sahil Nurəddin oğlu İbrahimov 1970-ci il iyulun 23-də Ermənistan Respublikası Amasiya rayonu, Çivinli kəndində doğulub.

O, 1993-cü il fevralın 9-da Ağdərə rayonu, Mehmanə kəndində itkin düşüb.