BAKI, 22 may. TELEQRAF
"Biz Qərbi Azərbaycan torpaqlarına barış mesajı ilə gedirik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında çıxışı zamanı deyib.
"Ermənistan tək insanlardan yox, məscidlərdən, tarixi abidələrimizdən də qisas alıb. Biz isə tarixən bizə mənsub olmuş bu torpaqlara barış mesajı ilə gedirik. Biz çalışmalıyıq ki, İrəvan qazılığı beynəlxalq platformalarda Azərbaycanın səsini duyura bilsin. Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində bu qazılığı beynəlxalq platformalarda söz deyə biləcək bir səviyyəyə gətirməliyik", - deputat qeyd edib.
O bildirib ki, İrəvan qazılığının bərpası ilə bağlı qanunlara müvafiq dəyişikliklər ediləcək.
"Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsində bu məsələyə baxılacaq".