BAKI, 21 may. TELEQRAF

Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub.

Bu barədə Teleqraf-a İdarədən məlumat verilib.

Bildirilib ki, Müşfiq Dadaşov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin edilib.

O, pedaqoji fəaliyyətə 2002-ci ildə Biləsuvar rayonu Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi kimi başlayıb və eyni zamanda Tarix və Coğrafiya fənləri üzrə metodbirləşmənin sədri vəzifəsini də icra edib.

2010–2021-ci illərdə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində tarix müəllimi və Tarix kafedrasının koordinatoru kimi çalışıb.

2021–2022-ci illərdə həmin müəssisədə Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Təyinatdan öncə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində icraçı direktorun müavini olub.