BAKI, 10 fevral. TELEQRAF

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytı kiberhücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin unec.edu.az ünvanında yerləşən rəsmi saytı hakerlər tərəfindən dağıdılıb.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova saytımıza açıqlamasında bildirib ki, UNEC-in rəsmi saytında yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılacaq.