
BAKI, 10 fevral. TELEQRAF
Yanvarın 9-da saat 18:30 radələrində Goranboy rayon Zeyvə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (5-i kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunur ki, yaralı şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
"1971-ci il təvəllüdlü (qadın cinsli) şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Digər 6 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb",- məlumatda bildirilir.