Bakı-Sumqayıt yolunda baş verən yanğın söndürülüb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - məlumatda qeyd olunub.

***

14:50

Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə yolun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində, açıq ərazidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.