Əvvəllər hakim işləmiş 6 nəfər Vəkillər Kollegiyasına üzv seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kolleksiyasının sədri Anar Bağırov deyib.

O, deyib ki, vəkilik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb.

Anar Bağırov bildirib ki, 3 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edir. Beləliklə, vəkillərin sayı 2502 nəfərə çatıb.