Çinin Şanxay şəhərində 5 iyuldan etibarən güclü istilər müşahidə olunmaqdadır. Gün ərzində havanın temperaturunun 40 dərəcədən yüksək olacağı ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, vətəndaşlara günorta saatlarında həddindən artıq tərləmə, başgicəllənmə və halsızlıq hiss etdikdə, infarkt riskinin qarşısını almaq üçün havalandırılan yerdə gözləmək və duzlu su içmək tövsiyə edilib.
Şanxayda 1873-cü ildən bəri cəmi 15 gün 40 dərəcədən yuxarı temperatur müşahidə olunub. 2017-ci ildə şəhərdə ən yüksək hava temperaturu 40,9 dərəcə istilik olaraq qeydə alınıb.
Şəhərdə subtropik yüksək təzyiqin yaratdığı həddindən artıq istilərin gələn həftə də davam edəcəyi gözlənilir.
