Azərbaycanda bu il ali məktəblərə qəbul proqnozu 50 mindən artıq olacaq.
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent 12" jurnalının təqdimatı zamanı çıxışında deyib.
Xatırladaq ki, keçən il bu rəqəm 49 minə yaxın olub.
Nazir bildirib ki, bu gün ölkədə yaşayan 16-17 yaşına çatanların 50 faizi heç bir peşə əldə etmir:
"Nəzərə alsaq ki, hər il ölkədə 150 minə yaxın körpə dünyaya gəlir. Demək ki, 75 minə yaxın şəxsin peşəsi yoxdur".
O qeyd edib ki, hazırda 60 faizdən çox insan dövlət hesabına təhsil alır:
"17 minə yaxın şəhid ailələrinin övladı, köçkün tələbənin təhsil haqqını dövlət ödəyir. Bəzi universitetlərdə 70-75 faiz tələbə məhz subbakalavrdır. Bu da ürəkaçan deyil".