Bakının Səməd Vurğun küçəsində yerləşən “Landau School” özəl məktəbində 5-ci sinif şagirdləri arasında insident yaşanıb.

Bu barədə Teleqraf.com-a həmin sinifdə təhsil alan şagirdin valideyni Ceyran Eyvazzadə məlumat verib.

Onun sözlərinə görə, fransız dili dərsində övladının gözünə qələm atıblar.

Bu gün valideyn digər övladının "Açıq qapı" günü səbəbilə məktəbə yollanıb. Lakin baş verən hadisə ilə bağlı məktəb rəhbərliyi ilə görüşmək istəsə də, heç kimi tapa bilməyib.