“Azərbaycanda 2001-ci ildə qəbul olunan qanunla yodlaşdırılmamış duzların istehsalı və satışı qadağan edilib”.
Bu sözləri Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə yodlaşdırılmamış duzlar insanlarda bir çox xəstəliklərin ortaya çxımasına səbəb olur:
“Artıq ölkəmizdə yodlaşdırılmış duzların istifadəsi 84 faizə yüksəlib. Bilirsiniz ki, bir neçə ildir Masazırda duz zavodu tikilib, istifadəyə verilib. Bununla da yodlaşdırılmış duzların satışını təmin etməyə başlamışıq. Təəssüf ki, hazırda Səlyan, Şəki və digər ryonlarda qanunsuz duzlar yenə də istehsal olunur. Əlbəttə ki, burada əsas məsələ əhalinin də məlumatlandırılmasıdır. Çünkü onların məqsədi üzərində yodlu yazılmış qeyri-qanuni duzları istifadə etməkdədir. Təəssüf ki, hazırda bu duzların satışı hələ də davam etdirilir. Günümüzdə “Morskoy sol” brendi ilə ölkəmizə bahalı duzlar gətirilir”.
İlhamə