Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun arvadının qətli ilə bağlı Baş Prokurorluq xəbərdarlıq yayıb.

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlaması ilə bağlı Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək:

“Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

Qeyd edək ki, Fəqan Rövşən oğlu Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla qətlə yetirib.