Təhsil eksperti Etibar Əliyev 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri marafonuna qoşulduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Etibar Əliyev 31 saylı Suraxanı 2-ci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdüyünü bildirib.
O, mandat uğrunda mübarizəyə Azərbaycan təhsili və elmini parlamentdə layiqli təmsil etmək üçün başladığını söyləyib: “Kənardan gəlib buradan mandat aparanlardan fərqli olaraq, artıq 30 ildir ki, bu dairənin ərazisində yaşayıram və buraların problemlərini çox gözəl bilirəm”.