SOCAR-Ümid MMC-nin Azneft İstehsalat Birliyinə biləşdirilməsi müvəqqətidir.
Bu barədə Azneft İstehsalat Birliyindən Teleqraf.com-un SOCAR tabeliyində fəaliyyət göstərən iki müəssisənin birləşdirilməsi ilə bağlı sorğusuna cavab olaraq bildirilib:
“SOCAR-Ümid MMC-nin Azneft İstehsalat Birliyinə biləşdirilməsi doğrudur. Lakin bildirmək istəyirik ki, Babək-Ümid konsorsiumunun yaradılması ilə əlaqdar SOCAR-Ümid MMC-nin Azneft İstehsalat Birliyinin tərkibində qalması müvəqqəti xarakterlidir”.
Qeyd edək ki, ötən gün “Vergilər” qəzetinin xüsusi buraxılışında SOCAR-ın Azneft İstehsalat Birliyi SOCAR-Ümid MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.