BAKI, 19 yanvar. TELEQRAF
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
Teleqraf xəbər verir ki, komitənin iclasının gündəliyinə 5 məsələ daxildir.
Günəlikdə təklif edilən məsələlər aşağıdakılardır:
1. 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat,
2. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi,
3. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, (birinci oxunuş).
4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi,(birinci oxunuş).
5. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (ikinci oxunuş).