BAKI, 8 dekabr. TELEQRAF

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilir.

Teleqraf xəbər verir ki, konfransda Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələb və vəzifələr müzakirə ediləcək.