BAKI, 3 dekabr. TELEQRAF

Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Ehtiyatları Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Kartoqrafiya və Geodeziya Xidmətinin direktor müavini Narınbek İsabekov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəritə Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında təqdim ediləcək:

"Biz Türk dövlətləri olaraq dünyanın yarısıyıq. Biz bu dünyada önəmlilik daşıyırıq, bu dünyanın gələcəyini təmsil edirik".