BAKI, 21 noyabr. TELEQRAF

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev noyabrın 20-də Azərbaycana səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Bildirilib ki, Ş.A. Paşazadənin TDT Baş katibinin şərəfinə verdiyi yeməkdə Azərbaycan­dakı dini icmaların nümayəndələri və Milli Məclisin üzvləri iştirak ediblər.

Tədbirdə iştirakçılar TDT-nin Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının gündəmindəki məsələləri müzakirə edib, üzv ölkələrin dini qurumları arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.